"Paşinyan siyasi klounluqla məşğuldur"
09:53 22 Sentyabr 2018
Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çalışmaq əvəzinə, Azərbaycana qarşı əsassız fikirlər səsləndirməklə məşğuldur. Nikol Paşinyanın populist çıxışlarının əsas məqsədi diqqəti Ermənistanda baş verən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaqdır. Məhz buna görə də siyasətdən uzaq Ermənistan rəhbərliyi bu cür sensasiyalı bəyanatlarla çıxış edərək siyasi klounluqla məşğuldur.
Femida.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. O qeyd edib ki, Paşinyan nəinki özündən əvvəlkilərin səhvlərini təkrarlayır, hətta daha da kobud səhvlərə yol verərək Azərbaycanın daxili işlərinə qarışır. Beynəlxalq ictimaiyyət, xüsusilə Minsk qrupu ölkələrinin rəhbərləri Paşinyanı təxribatçı əməllərdən çəkinməyə çağırmalıdır. Ermənistanın yeni rəhbərliyi qeyri-etik davranış nümayiş etdirərək həddini aşır və ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, gündən-günə artan nüfuzu problemlər məngənəsində boğulan düşməni qıcıqlandırır və məntiqsiz açıqlamalar səsləndirməyə vadar edir. Prezident İlham Əliyevin onlara ünvanladığı tutarlı cavab işğalçı ölkənin rəhbərliyini ayıltmalı, nəyin nə olduğunu dərk etməlidirlər. Əks təqdirdə, vəziyyət daha da gərginləşərək ağır nəticələrə səbəb olacaq və bunun məsuliyyəti bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşəcək.
Femida.az
Oxunub: 735
Oxşar xəbərlər
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Paşinyan Putinə kələk gələ bilmədi - Moskva daha ermənilərin göz yaşına inanmır
- Paşinyan Rusiyaya gedib
- Paşinyan Ermənistanın İrandakı keçmiş səfirini özünə müşavir təyin edib
- Paşinyan Rusiya MN-ın demarkasiya təklifləri ilə razılaşır
- Paşinyanın məğlub imici Ermənistanı alçaldır
- Paşinyan oktyabrın 12-də Putinlə görüşəcək
- Paşinyanın "sağ əli" fərari çıxdı
- Paşinyan yenə biabır oldu - Video