Neftçilәr Xәstәxanasının baş direktoru işdən çıxarıldı


10:28     22 Sentyabr 2018 18_09_22_1537597776.jpg

Mәrkәzi Neftçilәr Xәstәxanasının baş direktoru Hikmәt Hәsәnov işindən azad edilib.


Bu barədə Femida.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

Səfayə Əhmədova qeyd edib ki, Hikmәt Hәsәnov öz ərizəsi ilə işdən ayrılıb:

“Hazırda onun vəzifəsini müvəqqəti olaraq Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov icra edir”.


Qeyd edək ki, Hikmət Həsənov 2018-ci ilin fevral ayından bu vəzifəyə təyinat almışdı.

Açar sözlər:

Oxunub: 1619