Borca görə axtarışda olan 26 nəfər saxlanıldı


11:24     22 Sentyabr 2018 1356524159_polis1_922155415.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.


DİN-dən Femida.az -a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 1305