“ASAN Xidmət” modelinə beynəlxalq maraq çoxalmaqdadır - Ülvi Mehdiyev

“ASAN Xidmət” modelinə beynəlxalq maraq çoxalmaqdadır" - Ülvi Mehdiyev


11:42     22 Sentyabr 2018 18_09_22_1537603879.jpg


"ASAN Xidmət"in rəhbəri Ülvi Mehdiyev Femida.az-ın sualını cavablandırıb. O, hazırda 10-a yaxın ölkədə “ASAN Xidmət” təcrübəsinin tətbiq olunduğunu və bu sayın getdikcə çoxalacağını deyib.

Əməkdaşımız ötən gün keçirilən mətbuat konfransında “Hər ölkənin hüquq sistemi və qanunvericiliyi fərqlidir. Bu modeli fərqli ölkələrdə necə tətbiq edirsiz? Proses hansı mərhələlərlə aparılır?” sualı ilə müraciət edib.

Sədrin cavabı belə olub:

“Bəli, hər bir ölkənin özünəməxsus hüquq sistemi və qanunları var. Əvvəlcə əməkdaşlarımız həmin qanunları araşdırır, öyrənir. Daha sonra “ASAN Xidmət” modeli bu qanunlara uyğun tətbiq edilir. Əvvəlcə oradan işçi qrup dəvət edilir və onlara müəyyən təlimlər və praktiki hazırlıq keçilir. Daha sonra həmin ölkələrdə sistemin qurulmasına yardımçı oluruq. Sevindirici haldır ki, bu sistemə beynəlxalq aləmdə maraq getdikcə çoxalmaqdadır”.

Açar sözlər: #ASAN   #asan_xidmət   #rayon   #qanun  

Oxunub: 1864