Nardaran sakini könüllü olaraq silahını təhvil verib

Nardaran sakini könüllü olaraq silahını təhvil verib


11:46     22 Sentyabr 2018 silah.PNG

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov “Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verib.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən “TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1052