Bacısının başını kəsən qızın məhkəməsi başlayır


20:15     08 Oktyabr 2015 892430_451517.jpg


Azərbaycanda öz bacısını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsinin keçiriləcəyi vaxt açıqlanıb. Femida.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın qətlində təqsirləndirilən bacısı, 1995-ci il təvəllüdlü Pərvanə Etibar qızı Nuriyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Eldar İsmayılov sədrlik edəcək.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. P.Nuriyeva mübahisə zəminində bacısı G.Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Nuriyeva bacılarının atası Etibar Nuriyevin biznesmen olduğu bildirilir.(Report)

Açar sözlər:

Oxunub: 2933