40 manata görə qonşunu ölümcül etdi


15:12     22 Sentyabr 2018 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində 40 manata görə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən İntiqam Mirzəyevə hökm oxunub.

Hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Mirzəyevin ittiham olunduğu maddə dəyişdirilib.

Cinayət Məcəlləsinin 29.120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edilib. İntiqam Mirzəyevə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Hadisə bu il Suraxanı rayonunda baş verib. Rayon sakini İntiqam Mirzəyev qonşusu Cəlal Vəliyevlə həyatını xilas etmək mümkün olub. (Qafqazinfo)

Açar sözlər:

Oxunub: 1266