Ermənistana keçən türk geri qaytarılır - Ərdoğan Paşinyana zəng etməyibmiş


13:51     22 Sentyabr 2018 18_09_22_1537610107.jpg


Ermənistan sərhədini qanunsuz pozduğuna görə 2 aydır həbsxanada olan Türkiyə vətəndaşı Umut Ali Özmen azadlığa buraxılacaq.

Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun atası danışıb:

"Əvvəl oğlumla danışdım. Həbs müddətinin daha 1 ay uzadıldığını dedi. Sonra Umutun vəkili ilə danışdım. O, oğlumun bazar ertəsi azad ediləcəyini söylədi. Bazar ertəsi Ermənistana gedəcəm, oğlumu götürüb gələcəm. Yardım edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, 24 iyulda qoyun otararkən yolunu azan və bilmədən Ermənistana keçən 16 yaşlı yeniyetmə üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng etmiş və qarşı tərəfdən müsbət cavab gəlmişdi. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib. Nazirliyin sözçüsü Tiqran Balayan Ərdoğandan zəng gəlmədiyini bildirib.

Eyni zamanda Paşinyan da Ərdoğanla danışması xəbərlərini yalanlamışdı: "Belə bir şey olmayıb. Heç kim, başda Türkiyə prezidenti olmaq üzrə heç bir liderlə gizli danışıqlar aparmayacaq. Hər hansı gizli addım atmayacağıq. Əgər bir görüş olsa ictimaiyyət xəbərdar ediləcək".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Türkiyə   #Ərdoğan   #Paşinyan  

Oxunub: 3653