Türkiyədə məktəblilərin olduğu avtobus aşdı, ölən və xəsarət alanlar var
15:44 22 Sentyabr 2018

Türkiyədə məktəblilərin olduğu avtobus aşıb.
Femida.az “Habertürk”ə istinadən xəbər verir ki, Kocaeli bölgəsində baş vermiş qəza nəticəsində iki nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Bildirilir ki, avtobus məktəbliləri Aksaraydan İstanbula aviaşouya aparırmış. Ölənlərdən biri müəllim, digəri isə şagirddir.
İlkin məlumata görə, qəzaya səbəb təkərin partlaması olub.
Oxunub: 1391