Uşaq bağçasında kütləvi zəhərlənmə olub - Gürcüstanda


17:08     22 Sentyabr 2018 zeherlenme.png

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.


Femida.az xəbər verir ki, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 981