Deputat AŞPA-nın tədbirində iştirak edəcək


14:31     22 Sentyabr 2018 2018/09/rafayil-huseynov_1537612395.jpg

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.


Milli Məclisin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 848