"ASAN Xidmət"lərin sayı 20-yə çatdırılacaq - Elnur Niftəliyev


16:15     22 Sentyabr 2018 18_09_22_1537612326.jpg

Son vaxtlar "ASAN Xidmət" Mərkəzlərində yaranan sıxlıq bu quruma olan tələbatın göstəricisidir. Femida.az məsələnin həlli üçün hansı addımlar atıldığını öyrənmək üçün quruma sorğu ünvanlayıb.

"ASAN Xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev saytımıza açıqlama verib. O, “ASAN Xidmətə tələbat gündən-günə artır. Bu isə xidmət binalarında sıxlıq yaranması ilə müşahidə olunur. Yeni “ASAN Xidmət” Mərəzlərinin açılması gözlənilirmi?” sualını belə cavablandırıb:

“Hazırda ölkədə 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Bu il İmişli və Şəkidə “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Gələn il isə Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Cəlilabad “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək. Bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatacaq. Mərkəzlərdə 10 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox müxtəlif xidmətlər göstərilir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #asan   #ASAN_xidmət   #rayon  

Oxunub: 2344