Azərbaycan-Oman əlaqələri müzakirə edilib


17:21     22 Sentyabr 2018 milli%20meclis3.jpg

Sentyabrın 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Oman Sultanlığı Dövlət Şurasının sədri Yəhya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Oqtay Əsədov bildirib ki, Oman Sultanlığı Dövlət Şurası sədrinin səfəri ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Yaxın vaxtlarda Milli Məclisdə Omanla parlamentlərarası əlaqələr üzrə işçı qrupu formalaşdırılacaq.

Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan tədbirin yüksək səviyyədə keçirildiyini deyən Yəhya bin Məhfuz Əl-Munziri xalqımızın qonaqpərvərliyinin onlarda gözəl təəssürat yaratdığını söyləyib. Qonaq bildirib ki, iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Yüksək səviyyəli rəsmilər arasında keçirilən bir sıra görüşlər zamanı ticari-iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. O, əmin olduğunu bildirib ki, qarşılıqlı səfərlər Oman və Azərbaycan arasındakı münasibətlərin genişlənməsinə zəmin yaradacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 860


Oxşar xəbərlər