Sumqayıtda vurulan piyada xəstəxanada ölüb


18:28     22 Sentyabr 2018 piyada2.jpg

Sumqayıt şəhərinin Koroğlu prospektində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Femida.az -a verilən məlumata görə, sentyabrın 21-də saat 1 radələrində Sumqayıt şəhərinin Koroğlu prospektində şəhər sakini Daşqın Şahbazlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən şəhər sakini Aynaxanım Rəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1142