Ruhanidən Trampa sərt sözlər: “Səni Səddamın aqibəti gözləyir”
18:58 22 Sentyabr 2018
İran prezidenti Həsən Ruhani ABŞ və İran münasibətlərini daha da gərginləşdirəcək açıqlamalar verib.
Femida.az xəbər verir ki, Ruhani ABŞ və Tramın taleyinin Səddam Hüseynlə eyni olacağını bildirib.
İran prezidenti dövlət televiziyası ilə canlı yayımda xalqa səslənib. ABŞ və Donald Trampla bağlı sərt ifadələr işlədən Ruhani iki ölkə arasında gərginliyi pik həddə çatdıracaq cümlələrə imza atıb.
ABŞ-ın beynəlxalq arenada İrana tətbiq etməyə çalışdığı təzyiqlə bağlı çıxış edən Ruhani 1980-ci illərə damğa vuran İran-İraq müharibəsinə də toxunub.
İraqın devrilmiş lideri Səddam Hüseynlə Trampı müqayisə edən Ruhani deyib:
“Trampın da sonu eyni olacaq. ABŞ Səddam Hüseyinin aqibətinin eynisini yaşayacaq”.
Oxunub: 1953
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"