FHN ağır çəkili kişini xilas edib

FHN ağır çəkili kişini xilas edib


19:22     22 Sentyabr 2018 fhn.jpg

Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.
FHN-dən Femida.az -a verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər Ş.Məmmədbəyovu xərəklə TTTYS-nın avtomobilinin olduğu əraziyə və digər ünvanda yerləşən mənzilə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 958