BATE-nin prezidenti öldü


20:52     22 Sentyabr 2018 2018/09/CE3F1F1D-CB81-4DA8-806B-57BA487CA712_1537635170.jpeg

Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.

Femida.az qol.az-a istinadən xəbər verir ki, 20 yaşında olarkən xərçəng aşkarlanan Kapski o vaxtdan şişlə mübarizə aparıb.

Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.

Xatırladaq ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında 1:1 heç-heçə ilə "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1770


Oxşar xəbərlər