İrandakı terrorda ölənlərin sayı 28-ə çatıb


21:34     22 Sentyabr 2018 18_09_22_1537637752.jpg

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Femida.az xəbər verir ki, bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 60 nəfər yaralanıb.

Qeyd olunub ki, hücum edən şəxslərdən 3-ü hadisə yerində məhv edilib, digərləri isə xəstəxanada ölüb.

Femida.az

Açar sözlər: #İran   #terror  

Oxunub: 1169