Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasında


22:29     22 Sentyabr 2018 1426079192_turistbaki.jpg

Azərbaycanın paytaxtı Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb.

Bu barədə məlumat Numbeo tədqiqat portalında yer alıb.

Portalın məlumatına əsasən, Hondurasın San-Pedro-Sula şəhəri dünyanın ən təhlükəli şəhəridir.

Dünya şəhərlərinin 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə tərtib olunan reytinqində ilk beşliyə, həmçinin Venesuelanın Karakas, Papua-Yeni Qvineyanın Port-Morsbi, Braziliyanın Fortaleza və Cənubi Afrika Respublikasının Durban şəhərləri daxil edilib.

Ekspertlər dünyanın ən təhlükəsiz üç şəhəri sırasında Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Doha (Qətər) və Bazelin (İsveçrə) adını çəkiblər.

Siyahıya ümumilikdə 327 şəhər daxildir. Ən təhlükəsiz 41 şəhər arasında yer alan Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sankt-Peterburq və İstanbulu qabaqlayıb. /Sputnik

Femida.az

Açar sözlər:

Oxunub: 459