Azərbaycana payız gəlib


09:01     23 Sentyabr 2018 payiz%20hava9.jpg

Azərbaycana payız fəsli gəlib.

Femida.az-ın məlumatına görə, payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.

Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də gələcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1149