İrandakı terrorun arxasında kim dayanır? - Xamanei açıqladı

İrandakı terrorun arxasında kim dayanır? - Xamanei açıqladı


09:12     23 Sentyabr 2018 xamenei1.jpg

İranın ali dini lideri ayətulla Əli Xamenei iddia edir ki, Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.

Bu barədə Xameneinin saytına yerləşdirilən məlumatda bildirilir.

"Əhvazdakı dəyərli vətəndaşlarımızın öldüyü və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran milləti düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir", — deyə Xamenei bəyanatında bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1265