Trampı Səddam Hüseynin aqibəti gözləyir - İran prezidenti


09:33     23 Sentyabr 2018 RUHANİ.jpg

Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

O həmçinin qeyd edib ki, İran hətta ABŞ-ın təzyiqi altında belə raket proqramından imtina etməyəcək.

"BMT və Təhlükəsizlik Şurası Səddamı müharibəni başlamaqda məsuliyyətli bildi, onu əvvəl dəstəkləyən bütün ölkələr isə buna təəssüfləndilər. Eyni aqibət Tramp və Amerikanı gözləyir", - deyə "Press TV" Ruhaninin sözlərini sitat gətirib. / Report

Femida.az

Açar sözlər: #İran   #ABŞ   #Ruhani   #Tramp  

Oxunub: 1914