Bulvarda növbəti intihar


11:37     23 Sentyabr 2018 18_09_23_1537686123.jpg

Bakıda intihar hadisəsi baş verib.

Femida.az Publika.az-a istinadən xəbər verir ki, dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 – qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub. Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi "Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.

Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.

Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1232