BNA-dan hava şəraiti ilə bağlı - Sürücülərə XƏBƏRDARLIQ

BNA-dan hava şəraiti ilə bağlı - Sürücülərə XƏBƏRDARLIQ


11:55     23 Sentyabr 2018 yagisli_yol_suret_heddi_012.jpg

Bakıda yağışlı hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib. Femida.az xəbər verir ki, qurumun sözçüsü Mais Ağayev bu barədə məlumat verib:

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür.
Yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospekti Hava limanı və Zığ dairəsi hava limanı avtomagistralllarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat endirilib.

Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik.

Femida.az

Açar sözlər:

Oxunub: 591