Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb

Güclü yağış elektrik şəbəkələrində fəsadlar yaradıb


13:16     23 Sentyabr 2018 elektrik_2_1422973920.jpg

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal Qərb ve Cənub Regional Elektrik Şəbələrində bəzi fəsadlara səbəb olub.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Femida.az-a bildirib ki, elektrik verilişi xətlərində qurumun əməkdaşları qabaqlayıcı təbdirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan ve Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamuddətli fasilə yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 549