Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı

Köçəryanın oğlu MTX direktoruna qarşı iddia qaldırdı


14:26     23 Sentyabr 2018 2018/09/2BCB0B56-E985-49B5-995E-C2CACB0133B9_1537698482.jpeg

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı məhkəməyə verib

Bu barədə "Novosti Armeniya" məlumat yayıb.

İddiaçı böhtanın ictimai təkzibini və kompensasiya tələb edir. Amma hələlik hansı təkzibdən söhbət getdiyi məlum deyil.

Maraqlıdır ki, dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Robert Köçəryanla bağlı öz bəyanatında bəzi dəyişikliklər edib və bunu danışıqda tələsməklə əsaslandırıb.

"İzah etmək istəyirəm ki, mətbuat konfransı zamanı mən altı milyon dollar məbləğində rüşvət haqda bəyan etdim. Bu, danışıqda tələsmənin nəticəsi idi. Bu rüşvət deyil, amma cinayətkar yolla alınmış puldur", - Vanetsyan bildirib.

Qeyd edək ki, söhbət MTX direktorunun mətbuat konfransında səsləndirdiyi bəyanatdan gedir. A.Vanetsyan həmin bəyanatında iddia etmişdi ki, Robert Köçəryan "Konqress" mehmanxanasını 6 milyon dollar məbləğində rüşvət əvəzinə əldə edib.Virtualaz.org

Femida.az

Açar sözlər:

Oxunub: 1504