25 nəfər prezidentliyə namizəd oldu - Gürcüstanda


16:51     23 Sentyabr 2018 gurcustan-bayraq.jpg

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb.

Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeldze məlumat verib. Bildirilib ki, MSK oktyabrın 28-də keçiriləcək seçkilərdə prezidentlik kürsüsü uğrunda mübarizə aparmaq üçün namizədliyini irəli sürmüş 46 nəfərdən 25-nin namizədliyini təsdiq edib.

Onlardan 19-nun namizədliyi siyasi partiyalar, 6-nın isə namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. MSK müxtəlif qanun pozuntusuna yer verdiyi üçün 21 nəfərin namizədliyini təsdiq etməyib.


Femida.az

Açar sözlər:

Oxunub: 1697