Masallıya qonaq gedən 23 yaşlı gənc itkin düşüb

Masallıya qonaq gedən 23 yaşlı gənc itkin düşüb


17:20     23 Sentyabr 2018 2018/09/6FE1DE3E-2E37-4D98-BDF1-00F1B7F83827_1537708586.jpeg

On gün əvvəl Bakıdan Masallı rayonuna gedən şəxs itkin düşüb.

Femida.az Report-a istinadən bildirir ki, əslən Masallı rayonunun Səmidxanlı kəndindən olan, valideynləri ilə birlikdə Bakı şəhərinin Xətai rayonunda yaşayan 1995-ci il təvəllüdlü Əlibəyli İlkin Namiq oğlu 10 gün əvvəl evdən xəbərsiz çıxaraq Masallı rayonuna, bacısının qaldığı Alışqanlı kəndinə gedib.

Orada bir gün qaldıqdan sonra xəbərsiz olaraq evi tərk edib və naməlum istiqamətdə gedib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə və Xətai Rayon Polis İdarəsinə müraciət olunub. Lakin hər hansı bir məlumat yoxdur.

İtkin düşdüyü ehtimal edilən İ.Əlibəylinin boyu 175 sm, saçları qaradır. Bir gözündə çəplik var. Sol qolunda böyük ölçüdə qara xal var. Fiziki cəhətdən sağlam görünsə də, əqli cəhətdən qüsurludur. Evdən çıxanda əynində cins şalvar, qara köynək və idman ayaqqabıları da olub.

Onu görənlərdən və yaxud məlumatı olanlardan 050 470 29 70 və ya 055 660 38 70 nömrələrinə zəng vurmaları xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 676