Leysan aeroportla dəmir yolu vağzalının işinə təsir etməyib


17:33     23 Sentyabr 2018 18_09_23_1537710449.jpg

Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında müşahidə olunan leysan və şimşək Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı dəmir yolu vağzalının işinə təsir etməyib.

Bunu Femida.az-a “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətlərindən bildiriblər.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək.

Açar sözlər:

Oxunub: 766