İranda terrorda ölənlər arasında kapitan və polkovnik də var - Ölü sayı artdı

İranda terrorda ölənlər arasında kapitan və polkovnik də var - Ölü sayı artdı


19:50     23 Sentyabr 2018 18_09_23_1537715401.jpg

Dünən İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən silahlı hücumda ölənlərin sayı 25-ə çatıb.

Femida.az TRT-yə istinadən xəbər verir ki, “Əl Əhvaziyə” terror təşkilatı tərəfindən törədilən tearktda 60 nəfər də yaralanıb.

İran İnqilab Keşikçiləri Ordusunun sözcüsü Ramazan Şərif bildirilib ki, həlak olanların arasında bir polkovnik və kapitan, həmçinin “Əsri Cunub” jurnalının əməkdaşı Yunis Purhulu adlı jurnalist də var. Ölənlərdən 17-si əsgər, digərlərinin isə mülki vətəndaşdır.

İran Silahlı Qüvələri Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçinin sözlərinə görə, terrorçulardan 3-ü hadisə yerində öldürülüb, biri isə yaralı olaraq aparıldığı xəstəxanada ölüb. O deyib ki, terrorçular silahlarını bir neçə gün əvvəl Fars Körfəzindəki ölkələrdən alıblar və tədbirin keçirildiyi ərazidə gizlədiblər.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif hücuma görə Amerika Birləşmiş Ştatlarının və terrorizmin regional havadarlarının məsuliyyət daşıdıqlarını söyləyib.

Qeyd edək ki, “Əl Əhvaziyə” adı ilə tanınan “Əhvaz Xalqı Demokratik Cəbhəsi” İranın cənub-qərbində müstəqil ərəb rəhbərliyi qurmağı hədəf seçən separatçı terror təşkilatı kimi tanınır.

Açar sözlər:

Oxunub: 1787