Saatlıda kürəkənin qaynanasını öldürməsinin təfərrüatları məlum olub
21:28 23 Sentyabr 2018
Saatlı rayonunda 28 yaşlı Xəyal Həşimovun qaynanasını qətlə yetirməsinin və həyat yoldaşını ağır yaralamasının bəzi təfərrüatları məlum olub.
"Report"-un Mil-Muğan bürosunun məlumatına görə, Bakı şəhərində yaşayan ailə boşanma üçün məhkəməyə müraciət edib. Bu səbəbdən aralarında yarana biləcək qarşıdurmadan ehtiyat edən X.Həşimovun həyat yoldaşı, 25 yaşlı Gülbikə Nurəddin qızı Həşimova Saatlı rayonundakı ata evinə sığınıb. Lakin həyat yoldaşından boşanmaq istəməyən X.Həşimov ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gedərək həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. G.Həşimovanın anası Hökumə Alışova qızını xilas etmək istəyərkən X.Həşimov ona 7 bıçaq zərbəsi endirib. Nəticədə H.Alışova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
X.Həşimov həmçinin həyat yoldaşını da ağır yaralayıb. G.Həşimova Saatlı Rayon Mərkəzi Xəstəxanasına, daha sonra əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Cinayəti törədən X.Həşimov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 1203
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb