Bakıda ər-arvad həbs edildi


21:15     08 Oktyabr 2015 Gleydson-Carvalho.jpg

Bakıda evləri yaran qrupun üzvləri olan ər-arvad həbs edilib.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gürcüstan vətəndaşı Ramil Bayramov və arvadı Larisa Acalova tutulub.

Onlar Səkinə Şabanovanın, Dilşad Abdullayevanın, Pərvanə Əliyevanın və Gülsüm Əliyevanın evlərindən oğurluq ediblər.

Qrupun digər üzvləri bundan əvvəl yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstə ifşa edilib.

Açar sözlər:

Oxunub: 1812