Eldar Əzizov icra başçılarını səfərbər etdi - Yağışa görə
09:20 24 Sentyabr 2018
Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtın su basan icra hakimiyyətlərinin rəhbərlərini fəsadlar baş verən ərazilərə çağırıb.
Femida.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Bakı Şəhərinin ən çox su basan Səbail, Nəsimi, Binəqədi rayon icra hakimiyyətlərinin başçıları və təsərrüfat birliklərinin rəhbərlərini yarana biləcək fəsadların qarşısını almaq üçün səfərbər edib.
E.Əzizov səhər saatlarından paytaxtın ən çox yağış suları altında qalan küçələrində olub. Fəsadlar aradan qaldırılana qədər adıçəkilən rayonların icra başçıları ərazini tərk etməyiblər.
Müəyyən edilib ki, yağış sularının fəsadlar törətməsi kanalizasiya kollektorlarının vaxtında işə düşməməsi səbəbindən baş verib.Buna görə də Eldar Əzizov digər aidiyyatı dövlət qurumlarının rəhbərlərindən yaranan fəsadları aradan qaldırmaq üçün kömək istəyib.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Femida.az
Oxunub: 739
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb