Son iki gündə 181 cinayət törədilib - 42 nəfər tutulub

Son iki gündə 181 cinayət törədilib - 42 nəfər tutulub


09:33     24 Sentyabr 2018 bakida%20silsile%20cinayetler.jpg

Sentyabrın 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 181 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 376