“İnterpol”un axtardığı azərbaycanlı Barselonada tutuldu


21:20     08 Oktyabr 2015 interpol5.PNG


“İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub. Femida.az xəbər verir ki, Cinayət Məcələsinin iki maddəsi ilə cinayətinə görə axtarışda olan Vəliyev Əkbər Məhəmməd oğlunun Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.
Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.(Report)

Açar sözlər:

Oxunub: 926