Oteldə öldürülən qızla bağlı DİN-dən açıqlama - YENİLƏNDİ


12:36     24 Sentyabr 2018 18_09_24_1537777292.jpg

Sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

​DİN-dən Femida.az-a verilən məlumata görə, “İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***

Abşeron rayonunda oteldə qətl baş verib.

Femida.az report-a istinadən xəbər verir ki, "Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı Aysel Orucovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #Bakı   #otel   #kriminal   #cinayət   #qız  

Oxunub: 2554