Bulvarda meyit tapılıb,yaxınları axtarılır - FOTO 18+


12:57     24 Sentyabr 2018 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Sentyabrın 23-də Səbail rayonu ərazisində, Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır.

Üzərində qısa qollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabılar var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Açar sözlər:

Oxunub: 4672