Nazirliyin keçmiş idarə rəisinin məhkəməsi başladı


12:58     24 Sentyabr 2018 1398947325_mehkeme.jpg


Mənimsəmədə və vəzifə səlahiyyətləri aşmaqda təqsirləndirilən Qəbələ Telekomunikasiya Qovşağın sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az-ın "Report"a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiləşdirilib.

Məhkəmə məlum olub ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyən ziyan tam ödənilib.

Proses oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan yoxlamar zamanı Qəbələ Telekomunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Rəsmi ittihama görə, qovşağın rəisi Şahin Tağıyevin 161 min manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179-cu(mənimsəmə), 308-ci(vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər: məhkəmə  

Oxunub: 802