15 günə 33 min cərimə, 72 iş… - Nazirlik


13:00     24 Sentyabr 2018 ekologiya.jpg

15 gün ərzində ekoloji qanunvericiliyin pozulmasıyla əlaqədar 32.600 manat məbləğində cərimə kəsilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, 1-15 sentyabrda aparılan araşdırma zamanı ekoloji qanunvericilik pozuntularına görə 221 akt və protokol tərtib olunub.

Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 53 iş üzrə 32600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 39843,48 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 104 iş üzrə 29511,71 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 38, icra qurumlarına 30, məhkəmələrə isə 4 iş göndərilib.

Açar sözlər:

Oxunub: 739