Bu məhsulları almayın!
15:13 24 Sentyabr 2018
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şirniyyat məhsullarının satışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Femida.az-ın xəbərinə görə, AQTA-dan bildirilib ki, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" (yaşıl noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.
“Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların nəzərinə çatdırırıq ki, bu məhsullar müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur”, - AQTA-dan bildirilib.
Femida.az
Oxunub: 1592
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM