Siqareti yerə atanlar 50 manat cərimələnəcəklər


15:40     24 Sentyabr 2018 siqaret-liderxeber-640.jpg

Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub.


Femida.az məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.

Yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.

Oxu: Araq içən uşaqlar bu dəfə siqaret çəkdi
212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Sənəd artıq Milli Məclisə (MM) daxil olub və bu gün Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq.

Açar sözlər:

Oxunub: 1128