Azərbaycan və Monteneqro arasında hərbi əməkdaşlıq müzakirə olunub
17:17 24 Sentyabr 2018
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Monteneqronun müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğun ifadə edildiyi görüşdə vurğulanıb ki, Azərbaycanla Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Monteneqronun müdafiə nazirinin “ADEX 2018” Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.
Monteneqronun müdafiə naziri isə öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Oxunub: 727
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)