Tramp narkotiklə mübarizə üçün əməkdaşlığa çağırdı


18:43     24 Sentyabr 2018 18_09_24_1537795592.jpg

BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp narkotiklə mübarizə üçün beynəlxalq əməkdaşlıq çağırışı edib.



Femida.az xəbər verir ki, onun sözlərinə görə, 2000-2015-ci illər arası narkotiklərdən ölüm halları dünyada 60 faiz artıb:

“Bu gün biz birlikdə narkotik təhlükəsi ilə bağlı mübarizə aparmağa söz veririk. Biz bütün dünyada saysız-hesabsız insan həyatını – milyonlarla həyatı xilas edə bilərik.

Narkotiklərin qanunsuz dövriyyəsi qanunsuz maliyyə axını, korrupsiya, terrorizmlə əlaqəlidir”.

Açar sözlər:

Oxunub: 2640