Ramil Quliyev Avropada ilin ən yaxşısı seçilə bilər


18:59     24 Sentyabr 2018 18_09_24_1537795782.jpg

Avropa Atletika Birliyi ilin ən yaxşı kişi atleti nominasiyası üzrə namizədlərin adlarını açıqlayıb.


Femida.az qol.az-a istinadən xəbər verir ki, siyahıda azərbaycanlı atlet, dünya çempionu Ramil Quliyevin də adı yer alıb. Bir müddət öncə Türkiyə millisinin heyətində Berlində keçirilən Avropa çempionatında birinci olan idmançı titulu qazanmağa əsas namizədlərdən hesab olunur.

Qalib sosial şəbəkələr vasitəsilə səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. Səsvermə oktyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki, Ramil ötən il də bu mükafatı qazanmağa əsas namizədlərdən biri idi. 28 yaşlı atlet son 3 idmançı arasında yer alsa, sonda mükafatı almaniyalı nizə atıcısı Yohannes Fettel qazanmışdı.

Açar sözlər:

Oxunub: 2665