Yevlaxda "Hyundai" piyadanı vurub öldürdü


19:24     24 Sentyabr 2018 piyada8.jpg

Yevlax şəhəri ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub.

DİN-dən verilən məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1019