Hərbi topoqrafların konfransı keçirilib
20:32 24 Sentyabr 2018
Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi Naviqasiya və Kartoqrafiya İdarəsində müxtəlif qoşun növü zabitlərinin iştirakı ilə “Xüsusi topoqrafik xəritələrin hazırlanmasında müasir texnologiyanın tətbiqi” mövzusunda konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə iştirakçılara Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində istifadəsi üçün nəzərdə tutulan xüsusi topoqrafik xəritələrin, fotosənədlərin, ərazi maketləri və planların hazırlanması zamanı tətbiq olunan müasir texnologiya və proqram təminatları haqqında ətraflı məlumat verilib.
Həmçinin bu proqramların tətbiqi ilə hazırlanan xüsusi topoqrafik xəritələr, üç ölçülü ərazi maketləri və fotosənədlər nümayiş etdirilib.
Femida.az
Oxunub: 725
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq