Qəzaya düşən maşını alov bürüdü - Bakıda həyəcanlı anlar


20:51     24 Sentyabr 2018 minik%20masini.jpg

Bakı şəhərinin Nizami rayonunda “KİA” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1311