Vasif Talıbov fransız arxeoloqu mükafatlandırdı


21:36     24 Sentyabr 2018 vasif9.jpg

Fransız arxeoloq Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Femida.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Fransız arxeoloq Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 775