Məmmədyarov Trampın iştirak etdiyi tədbirə qatıldı


09:02     25 Sentyabr 2018 XİN%20Elmar%20Məmmədyarov%20slovaiya.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov 24 sentyabr 2018-ci il tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.

Femida.az XİN-ə istinadən xəbər verir ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT Baş Katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT üzv dövlətlərini “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

Azərbaycan Respublikasının da qoşulduğu sözügedən sənəd BMT üzv dövlətlərini narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

Femida.az

Açar sözlər:

Oxunub: 277