Məmmədyarov Yunanıstanın XİN başçısı ilə görüşüb


10:45     25 Sentyabr 2018 2018/09/Greek-001_1537857997.jpg

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias və Qana Respubikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.


XİN-dən Femida.az-a verilən xəbərə görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edildi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Elmar-Məmmədyarov   #Yunanıstan  

Oxunub: 328